00:00:00
Yazar
Admin User
11.09.2023 16:08 344 2 dəq oxuma
Dünya

Ukrayna yeni silah istehsalına başlayıb

Ukrayna yeni silah istehsalına başlayıb

  Müharibənin gərginləşdiyi bir vaxtda Ukrayna tərəfi yeni silahların istehsalına başlayıb. Hərbi texnikaların ölkənin istehsal etdiyi ən güclü silahlardan olacağı planlaşdırılır. Rusiyanın isə buna səssiz qalmayacağı və qarşılığında nüvə silahına əl atacağı şübhəsi ortaya çıxır. Proseslər bizə nəyi göstərəcək?

  Ukrayna sərhəddə yeni modifikasiya edilən qanadlı raketlər və bu tipli hərbi sursatların istehsalına start verib. Silah ehtiyacını qarşılamaq niyyətində olan ölkənin bu addımının Rusiya tərəfdən çox sərt qarşılanacağı düşünülür. Rəsmi Kiyevin istehsal edəcəyi Neptun raketi, sərhəddən yüzlərlə mil məsafədəki hədəfləri vura biləcək potensiala sahib olacaq. Bu məqam isə Rusiyanı narahat edən ən vacib amildir. Rusiyanın da qarşılıq olaraq nüvə silahına əl atması ilə bağlı fikirlər ortaya çıxır. Həmçinin nəzərə almaq lazımdır ki, Putin Belarusda taktiki nüvə silahlarını yerləşdirdiyini artıq təsdiqləyib. Proses isə ola biləcək təhlükə ehtimallarını iki qat artırır. Müharibə başladığı gündən müzakirə edilən nüvə silahı məsələsi ilə bağlı siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, Rusiya bununla sadecə ölkələri manipulasiya etməyə çalışır. “Rusiya dünyanı belə bir faktla qarşı qarşıya qoymaq üçün müəyyən addılar atmağa çalışır. Nüvə başlıqlarını anbardan çıxartmaqla bir sıra hərəkətliliyə bununlada nüvə silahlarını Rusiya istifadə edə bilər qənaətinə gələ biləcək addımlar atmışdır bunun nüvə müharibəsinə çönə bilərmi sualının cavabı xeyirdir”.

  Ukrayna ordusunun əks-hücumlarının davam etdiyi bir vaxtda, həmçinin, Rusiyada Qərbə qarşı ritorika artdıqca, nüvə silahından istifadə edib-etməmək barədə müzakirələr də gündəmdə aktiv olaraq qalır. Ancaq, məsələnin mülayim təsviri nüvə silahından hazırda istifadə olunmayacağıdır. Çünki Qərb dövlətləri bunun qarşısını almaq üçün bütün yollara əl atırlar. Ölkənin özüdə hazırda nüvə silahından istifadə etmək fikrində deyil. Yəni, Kremlin yalnız Neptun raketlərinə görə nüvə silahına əl atacağını düşünülmür. Ancaq, bu o demək deyil ki, buna qarşı Rusiya sakit qalan tərəf olacaq. Ölkə nüvə silahından istifadə etməyə bilər lakin, nüvə silahı tərkibli silahlardan istifadən çəkinməyəcək. “Hazırda ABŞ Ukraynaya uran mərmiləri verib bu əlbəttə ki, Rusiyanın Ukrayaya qarşı uran mərmilər tətbiq etməsi ilə uran mərmiləridə kimyəvi silahdır. Bu da Rusiyaya imkan verəcək ki, müəyyən kilovotluq bunun kimi nüvə tərkibli silahlar tətbiq etsin. Amma Ukraynaya gemişmiqyaslı nüvə silahı ilə hücum etməsi prespektivi yoxdur”.

  Nə ABŞ, nə də NATO Rusiya ilə birbaşa hərbi toqquşma arzulayır və nüvə silahından istifadənin olmayacağı qənaətindədilər. Amma zərbə olarsa, hərbi reaksiya təbii ki, olacaq. Variantlar arasında NATO qüvvələrinin Ukraynaya daxil olması, Ukraynadakı rus qoşunlarına qeyri-nüvə zərbəsi, ABŞ-ın nüvə silahı ilə Rusiya qoşunlarının vurulması kimi seçimlər var.

FİDAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər