00:00:00
Yazar
Admin User
18.06.2025 14:06 138 1 dəq oxuma
Dünya

Ukraynada 2 yaşayış məntəqəsi nəzarətimizə keçib

Ukraynada 2 yaşayış məntəqəsi nəzarətimizə keçib

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Sumı və Xarkov bölgələrində iki yaşayış məntəqəsinin nəzarətə alındığını elan edib.

 

Nazirliyin yaydığı məlumatda, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətlərinə dair son məlumatlar paylaşılıb.

Açıqlamada Rusiya qüvvələrinin Ukrayna cəbhəsində irəlilədiyi qeyd olunaraq bildirilib:

 

Şimal və Qərb hərbi qruplaşmalarına bağlı birliklər Sumı vilayətindəki Novonikolayevka və Xarkov vilayətindəki Dolgenkoye yaşayış məntəqələrini azad edib”.

 

Bundan əlavə, son 24 saat ərzində Ukraynaya məxsus 236 pilotsuz uçuş aparatının Rusiya hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyi bildirilib.

 

TRT XƏBƏR

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər