00:00:00
Yazar
Admin User
19.08.2025 16:47 179 2 dəq oxuma
Siyasət

Ukraynada ABŞ qoşunları?

Ukraynada ABŞ qoşunları?

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada Amerika qoşunları olmayacaq. Onun sözlərinə görə, ABŞ münaqişəyə birbaşa hərbi müdaxilə etməyəcək və əsas diqqət diplomatik həll yollarına yönəldiləcək.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ qoşunlarının Ukraynada olması barədə hələlik dəqiq fikir bildirmək mümkün deyil:

 

 "Ukrayna Könüllər İttifaqının təşəbbüsü ilə və bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Starmer bəyan edib ki, əgər Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanarsa və ya atəşkəs elan olunarsa, Avropa İttifaqı və NATO-ya daxil olan dövlətlərdən ibarət 30 min nəfərlik sülhməramlı kontingentin Ukraynada yerləşdirilməsi, onun ərazi bütövlüyünün qorunması baxımından vacibdir. Lakin bu kontingentin hansı dövlətlərdən ibarət olacağı barədə konkret açıqlama verilməyib. Yalnız bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri yeni açıqlamasında bildirdi ki, 30 min nəfərlik kontingentin Ukraynada yerləşdirilməsinə ehtiyac yoxdur.Onun sözlərinə görə, əsas məqsəd Ukraynanın Qərb bölgələrini, xüsusən də Odessa və ona yaxın əraziləri, həmçinin Lvov və digər qərb istiqamətlərini müdafiə etməkdir".

 

Ekspert həmçinin bunu da bildirib ki, bu ərazilərin hava məkanının qorunması, Rusiyanın mərmilərinin, ballistik raketlərinin və təyyarələrinin hücumlarının qarşısının alınması kifayətdir:

 

"Buna görə də yaxın günlərdə ABŞ kontingentinin Ukraynada yerləşdirilməsi ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Bu məsələ, əlbəttə ki, Rusiya–Ukrayna münasibətlərinin gələcək inkişafından asılı olacaq. Mənə elə gəlir ki, cənab Tramp ABŞ-də hakimiyyətdə olduğu müddətdə bu barədə konkret qərar vermək çətin olacaq. Lakin ötən gecə Vaşinqton görüşündə qərara alındı ki, ABŞ tərəfindən Ukraynaya 100 milyard dollar dəyərində silah satışı həyata keçiriləcək. Bu vəsait NATO vasitəsilə Avropa İttifaqına daxil olan NATO dövlətləri tərəfindən ödəniləcək. Bundan başqa, ABŞ və Ukrayna arasında 50 milyard dollarlıq müqavilə imzalanacaq. Bu müqavilə çərçivəsində pilotsuz uçuş aparatlarının birgə istehsalı nəzərdə tutulur. Bu isə, həqiqətən də, mühüm addımdır".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər