Ukraynada ardıcıl ikinci partlayış: Terror, yoxsa təsadüf?
Ukraynanın Nikolayev şəhərində partlayış baş verib, nəticədə yeddi polis əməkdaşı yaralanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəisi İvan Vıqovski məlumat verib.
Onun sözlərinə görə, bu gün axşam saatlarında Nikolayevdə yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə yerində olan polis əməkdaşları yaralanıblar.
“Dünən Lvovda polis əməkdaşlarına qarşı terror aktı baş verib. Bu, təsadüf deyil. Düşmən hər gün insanları və dövləti qoruyan Ukrayna polis əməkdaşlarını qəsdən öldürməyə çalışır. Biz bu hadisələri hüquq-mühafizə sisteminə qarşı məqsədyönlü hücum və ölkə daxilində vəziyyətin qeyri-sabitləşdirilməsi kimi qiymətləndiririk”, - deyə polis rəisi bildirib.
