00:00:00
Yazar
Admin User
08.12.2025 15:47 86 2 dəq oxuma
Dünya

“Ukraynada sülhü təşviq etmək üçün Türkiyə ilə əməkdaşlıq edirik”

“Ukraynada sülhü təşviq etmək üçün Türkiyə ilə əməkdaşlıq edirik”

Macarıstanın Baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı deyib: "Türklər də bizim kimidir. Onlar bilirlər ki, müharibədə yalnız məğlublar olur. Buna görə də iki ölkəmiz (Türkiyə və Macarıstan) sülhü təşviq etmək üçün əməkdaşlıq edir".

 

"Hungaria Today" qəzetinin məlumatına görə, Orban Türkiyəyə uçuş zamanı Budapeşt-Ankara münasibətlərini qiymətləndirib.
Orban bildirib ki, onlar hər il Türkiyə ilə "ən vacib məsələləri" nəzərdən keçirirlər və hazırkı danışıqların dörd əsas məqamının iqtisadiyyat, miqrasiya, Ukraynadakı müharibə və enerji məsələsi olduğunu qeyd edib.
Orban qeyd edib ki, birgə hökumət iclasına bərabər olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları hər il Türkiyə ilə keçirilir və bu görüşlər "iki dost"a Avropa və Avrasiyada vəziyyəti bir neçə saat müzakirə etmək imkanı yaradır. Macarıstanın Baş naziri Orban bildirib ki, "Bu müntəzəm görüşlərə başlayanda iki ölkəmiz arasında ticarət dövriyyəsini ikiqat artırmaq məqsədi qoymuşduq. Bu rəqəm 2-2,5 milyard avro idi və hazırda 4,5-5 milyard avroya çatıb. Türklər Macarıstan iqtisadiyyatında öz yerini tutublar və Macarıstanın Türkiyə iqtisadiyyatındakı iştirakı da artıb".

Baş nazir Orban deyib: "Türklər də bizim kimidir. Onlar bilirlər ki, müharibədə yalnız məğlublar olur. Buna görə də iki ölkəmiz sülhü təşviq etmək üçün əməkdaşlıq edir". Orban vurğulayıb ki, son dörd ildə təkcə Türkiyə Ukrayna taxılının Afrikaya çatdırılması kimi bir neçə vacib müqavilə bağlaya bilib.


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər