Ukraynalılar Pokrovskda mübarizənin davam etdiyini göstərir
Pokrovsk hələ də düşməyib. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin son iddiasına görə, Rusiya qüvvələri şəhəri ələ keçirib.
Əlbəttə ki, Ukrayna bu şərqi əhəmiyyətli şəhərdə mövqe itirir. Rusiya üçün Pokrovsk Donbasın tam ələ keçirilməsi məqsədinə doğru atılan növbəti addımdır. Amma Ukrayna mübarizəyə davam edə bildiyini sübut etməlidir.
Cəbhə xəttindən xeyli aralıda yerləşən Ukrayna komandir məntəqəsində əmrlər radio ilə sürətlə və ard-arda ötürülür. Əsgərlər onlarca dronun canlı görüntülərinə baxırlar. Onlar şəhərin içindəki Rusiya mövqelərinə zərbələri koordinasiya edirlər.
“Skala” Hücum Alayının komandiri Yuri bizə sübut etməyə çalışır ki, Ukrayna hələ də şəhərin şimalına nəzarət edir – Kremlin Pokrovskun ələ keçirildiyi iddiasının yalan olduğunu göstərmək üçün.
BBS News
Səadət Əlizadə