Ukraynanı Qara dənizdən tamam ayırmalıyıq
Qara dənizdə tankerlərə hücumlara qarşı radikal cavab Ukraynanı Qara dənizdən tamamilə ayırmaqdır.
"İnformator.az" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ən radikal seçim Ukraynanı dənizdən ayırmaqdır, onda piratçılıq prinsipcə mümkün olmayacaq", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Rusiyanın Qara dənizdə neft daşıyan gəmilərinə zərbələr endirir.