00:00:00
Yazar
Admin User
22.09.2025 19:37 125 2 dəq oxuma
Siyasət

Ukraynanın AB-yə daxil olması üçün 2 şərt

Ukraynanın AB-yə daxil olması üçün 2 şərt

Bu sözləri Ukraniyanın xarici işlər naziri Dmitri Kubela deyib. Vəziyyətin bu şəkildə qalacağı və kənd təsərrüfatı məsələsinin həll edilməsi halında Ukraniyanın qoşulacağını bildirib.

 

Məsələ ilə bağlı politoloq Elçin Xadilbəyli “İnformator.az”a mühasibəsində bildirib ki, Ukraniyanın NATO-ya daxil olması məsələsi inandırıcı səslənmir:

 

“Ukraynanın Avropa Birliyinə üzvülüyü bir qədər şübhəli məsələdir, o qədər də inandırıcı görünmür. Düzdür, bu barədə son vaxtlar kifayət qədər çox danışmağa başlayıblar və böyük ehtimal ilə də belə müzakirələr mütəmadi xarakter daşıyacaq. Ancaq reallıqda Ukraynanın Avropa Birliyinə üzv olub-olmayacağı hələlik müammalı olaraq qalır. Əslində, Ukrayna artıq uzun illərdir ki, Avropa Birliyinə üzvülük cəhdləri edir, ancaq rəsmi Kiyevə belə bir şans tanımırlar. Amma indi bu barədə daha pozitiv danışmağa başlayıblar. Düşünürəm ki, bu da Avropa Birliyinin taktikasıdır. Çünki, Ukraynanı Rusiya ilə savaşda həvəsləndirməyə cəhd göstərirlər. Ukraynanın Avropa Birliyinə üzvülüyü Qərb dövlətləri üçün çətinliklər yarada bilər. Çünki bu halda, Avropa Birliyi Ukraynanın üzvlüyündən sonra Rusiya ilə həmsərhəd ola bilər. Ancaq Avropa Birliyinə Rusiya ilə həmsərhəd olmaq qətiyyən sərfəli deyil. Əksinə, Qərbdə hesab edirlər ki, Avropa Birliyi ilə Rusiya arasında bir tampon bölgənin olması lazımdır. Və bu tampon bölgə də, yəni təhlükəsizlik bölgəsi də məhz Ukrayna ola bilər. Ona görə də, hələlik, nə qədər bu barədə danışan olsalar da Ukraynanın Avropa Birliyinə üzv olacağına tam əmin olmaq çox çətindir”.

 

Əlavə olaraq ekspert ABŞ-nin məsələyə necə yanaşacağı ilə bağlı fikir bildirib:

 

“Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının bu məsələyə necə baxacağı da böyük maraq doğurur. Çünki, Amerika Birləşmiş Ştatları Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı sənəd imzalayıb. Amerika Birləşmiş Ştatları üçün önəm daşıyan, əsas məsələ ondan ibarətdir ki, Ukrayna savaşı dayandırılsın və Ukraynanın təbii sərbətlərinin istismarı üçün uyğun sabitlik şəraiti yaransın. Ancaq böyük ehtimalla Amerika Birləşmiş Ştatları da Ukraynanın Avropa Birliyinə üzvlüyündə maraqlı olmayacaq. Çünki, Avropa Birliyinin üzv olacağı təqdirdə Ukraynanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri tamamilə fərqli məzmun və keyfiyyət daşıya bilər. Digər tərəfdən, Rusiyanın da bu məsələyə münasibəti böyük önəm daşıyır. Çünki Rusiya Ukraynaya qarşı savaş başladarkən Ukraynanın Avropa Birliyinə və NATO-ya üzvülük niyyətini bəhanə gətirmişdir. Düzdür, son vaxtlar Kreml təmsilçiləri Ukraynanın Avropa Birliyinə üzv olmasına qarşı olmadıqlarını bildirirlər. Ancaq NATO məsələsində Rusiyanın müəyyənliyi dəyişməz qalır. Rusiya Ukraynanın NATO-ya üzv olmasına qəti müqavimət göstərir. Ukraynanın Avropa Birliyinə üzvülüyü ilə bağlı məsələdə kifayət qədər ziddiyyəti məqamlar var”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər