00:00:00
Yazar
Admin User
14.04.2025 08:25 180 1 dəq oxuma
Siyasət

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

Ukraynanın Sum şəhərinə raket hücumu nəticəsində həlak olanlarla bağlı ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

 

 

“İnformator.az” xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

 

 

"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk", - deyə o qeyd edib.

Bildirilir ki, bununla bağlı elektron matəm kitabı da açılıb.

"Elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı emb_az@mfa.gov.ua ünvanına elektron məktub göndərilə bilər", - deyə paylaşımda vurğulanıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər