00:00:00
Yazar
Admin User
01.06.2025 18:29 206 1 dəq oxuma
Dünya

Ukraynanın dron hücumu ABŞ-ni fakt qarşısında qoyub

Ukraynanın dron hücumu ABŞ-ni fakt qarşısında qoyub

Bu gün Ukraynanın Rusiyanın hava bazalarına qarşı həyata keçirdiyi genişmiqyaslı dron hücumları dünya ictimaiyyətində rezonans doğurub.

 

Hücumlar nəticəsində Rusiyaya məxsus hərbi təyyarələrə ciddi ziyan dəydiyi bildirilir. BBC-nin ABŞ-dəki tərəfdaşı CBS-in yaydığı məlumata əsasən, ABŞ administrasiyası bu hücumlardan əvvəlcədən məlumatlı olmayıb. CBS News-un Ağ Ev üzrə baş müxbiri Cenifer Ceykobsa danışan bir mənbə qeyd edib ki, ABŞ hökuməti Ukraynanın bu cür genişmiqyaslı əməliyyatı həyata keçirəcəyindən xəbərsiz olub. Hazırda Ağ Ev hadisəyə münasibət bildirməyib, lakin bu hücumların ABŞ-Ukrayna münasibətlərinə və bölgədəki gərginliyə necə təsir edəcəyi diqqətlə izlənilir.


BBC news

Selcan Əhmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər