Ukraynanın F-16 müzakirələrində irəliləyiş
Hollandiyanın baş naziri Mark Rutte Ukraynanın istədiyi F-16 tipli döyüş təyyarələri ilə bağlı danışıqlarda irəliləyişin əldə olunduğuna dair açıqlama verib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, dövlət başçısı kimi Hollandiyaya ilk rəsmi səfərini edən Volodimir Zelenski və Belçikanın baş naziri Aleksandr De Kroo ilə birgə mətbuat konfransı keçirilib.
İclasda Rutte Ukraynanın tələb etdiyi F-16 tipli döyüş təyyarələri ilə bağlı danışıqlarda irəliləyiş olduğunu açıqlayıb: "Biz bu danışıqları yekunlaşdırmaq üçün tərəfdaşlarımız Belçika, Böyük Britaniya, Danimarka və digərləri ilə sıx əməkdaşlıq edirik"-deyə qeyd edib.
Fatima
