Ukraynanın gələcəyi Avopa İttifaqındadr?
Kiyevdə Avropa İttifaqına daxil olan 27 ölkənin xarici işlər nazirləri qeyri-rəsmi iclası konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib. Siyasi şərhçilərin fikrincə, görüşün Kiyevdə keçirilməsi də siyasi anlam daşıyır. Belə ki, İttifaq nümayəndələri Ukraynaya səfər edərək mövcud vəziyyətdən elə yerindəcə xəbərdar olmaq istəyiblər. Siyasi şərhçi Oqtay Qasımov deyir ki, Ukraynaya gələn il 5 mlrd. avro yardım paketi təklif edən birlik və onun maliyyə institutları Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk günlərindən Kiyevə hərbi və humanitar yardım göstərir. Həmçinin tarixdə ilk dəfədir ki, İttifaqın üzvü olmayan ölkə silah-sursat və digər texnikaların çatdırılması üçün blokdan maliyyə yardımı alır.
Avropa ittifaqı və Birləşmiş Ştatlar Rusiya-Ukrayna savaşında əlaqəli fəaliyyət göstərirlər. Şərhçilərin fikrincə, belə görüşlərdə əsas məqsəd Ukraynanın İttifaqa “siyasi inteqrasiya”sı, çətin dönəmdə əks-hücum cəbhəsində dəstək göstərilməsi, hərbi yardımın artırılması və Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsidir.
“Belə bir görüşün keçirilməsi Ukrayna ilə Avropa İttifaqı arasındakı münasibətlərin bundan sonrakı perspektivlərinə aydınlıq gətirir. Belə ki, Rusiya-Ukrayna savaşı başlanandan sonra Ukrayna namizəd statusunu alıb və bundan sonrakı inteqrasiya prosesləri müzakirə olunacaq çox güman. Avropa İttifaqı birmənalı şəkildə Ukraynanı dəstəklədiyini bəyan edir və Rusiyanın təcavüzkarlığına qarşı mövqe sərgiləyir”.
“Ukraynanın gələcəyi Avopa İttifaqındadr” deməklə Borell açıq-aydın bəyan edir ki, Birliyin Kiyevə yardımı hələ davam edəcək. Elə tərəflər arasında təmaslar da buna hesablanıb.
LƏMAN
