00:00:00
Yazar
Admin User
30.06.2025 14:58 96 1 dəq oxuma
Dünya

Ukraynanın hərbi müdafiə obyektləri və neft emalı zavodları vurulub

Ukraynanın hərbi müdafiə obyektləri və neft emalı zavodları vurulub

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə obyektləri və neft emalı zavodlarının uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu bildirib.


Nazirliyin yaydığı açıqlamada Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi əməliyyatlara dair məlumat verilib.


Açıqlamada Ukraynadakı hərbi hədəflərə hücumların davam etdiyi vurğulanaraq, bunlar qeyd olunub:
“Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın hərbi müdafiə obyektləri və neft emalı zavodlarına qarşı hipersəs sürətli ‘Kinjal’ raket kompleksi də daxil olmaqla, hava, dəniz və quru vasitəsilə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla genişmiqyaslı hücum təşkil edib. Hücum hədəfinə çatıb və müəyyən edilən obyektlər vurulub”.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər