“Ukraynanın şərqindəki Donbas bölgəsinə qatarlar artıq işləmir”
Bu, Rusiyanın davam edən irəliləyişinin daha bir göstəricisidir. Son dayanacaq artıq Donetsk sərhədinin qərb tərəfindədir. Burada mülki şəxslər və əsgərlər təhlükəsiz ərazilərə keçmək üçün gözləyirlər.
ABŞ-nin sülh planının sızdırılmasından sonra Rusiya Prezidenti Vladimir Putin daha iddialı çıxış edir. Prezident Vladimir Zelenski isə danışıqlarda ən çətin məsələnin ərazi olduğunu bildirir.
Cəbhəyə qayıdan ukraynalı əsgərlərin əksəriyyəti danışıqlara inanmır. Onlar yorğun olduqlarını desələr də, Donbasın verilməyəcəyini bildirirlər. Hazırda Rusiya Donbasın təxminən 85%-nə nəzarət edir və Pokrovsk uğrunda döyüşlər davam edir.
Donbasdan mülki əhali axını sürətlənib. Hər gün təxminən 200 nəfər Lozova mərkəzinə çatır. Çoxu dron təhlükəsinə görə dumanlı havalarda qaçmağa çalışır.
Kramatorskdan köç edən Yevheniy və ailəsi vəziyyətin daha təhlükəli olduğunu deyir və sülh danışıqlarına inanmır. Digər sakin Oleksandr isə ərazinin bir hissəsini sülh müqabilində verməyin mümkün olduğunu düşünür. Beş uşağı ilə qaçan İnna da “ən vacibi sülhdür” deyərək eyni mövqeni bölüşür.
Müharibə başlayandan bəri təxminən 300 min ukraynalı hərbçi dezertir olub və bu göstərici son il kəskin artıb. Adının açıqlanmasını istəməyən Serhii lazımi hazırlığın olmadığı üçün ordunu tərk etdiyini bildirir və Ukraynanın resurs baxımından üstün olmadığını qeyd edir.
BBC
Reyhan Quliyeva