00:00:00
Yazar
Admin User
15.10.2025 11:49 113 2 dəq oxuma
Siyasət

Ukraynaya ilk milyonlar ayrılıb

Ukraynaya ilk milyonlar ayrılıb

Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, Aİ Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərin araşdırılması üçün yaradılacaq beynəlxalq tribunalın qurulmasına €10 milyon ayırır.

 

Məsələ ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələdə Avropa öz maraqlarını, siyasi məqsədlərini izləyir:

 

“Avropanın tək Ukrayna məsələsində mövqeləri beynəlxalq hüquq və qanunlarla üst-üstə düşür. Çünki, faktiki suveren bir Ukrayna dövləti var və bu dövlətə qarşı işğalçılıq siyasətinə başlayan işğalçı tərəf olan Rusiya faktoru var. Avropa da bundan hüquqi prizmadan maksimum dərəcədə istifadə etməklə özünün Rusiyaya qarşı beynəlxalq maraqlarını təmin etməyə çalışır. Rusiya dövlətinə bacardığı qədər zərbə endirməyə çalışır. Avropa tərəfi başa düşür ki, onun NATO çərçivəsində Rusiya ilə mübarizə aparmaq mexanizmaları olsa da Rusiyaya ilə hərbi müharibəyə cəlb olunaraq onu zərərsizləşdirmək yaxşı seçim olmaz. Çünki Rusiya nəzarət edilməsi müşkül, nə zaman nə edəcəyi planlaşdırılmaz bir tərəf kimi çıxış edir. Xüsusilə də bu ölkənin avtoritar bir rejim vasitəsilə idarə olunması sabah öz xarici siyasətində problemlər yaşayarsa, dövlətə qarşı hərbi müdaxilə olarsa əlindəki dağıdıcı silahlardan necə istifadə edəcəyini söyləmək çətindir. Ona görə də Rusiya tərəfi bu şəkildə dünya təhlükəsizliyinə qarşı cəbhə formalaşdırıb. Ukraynada işğalçı siyasətinə davam etdiyi halda Avropa tərəfi də yaxşı hesablayırki onu hərbi üsullarla deyil, təcridetmə kompaniyasını dəstəkləməklə Rusiya dövlətinin hegemon gücünü sarsıda bilər. Azərbaycanın bu məsələdə tutduğu mövqe aydındır. Hesab edirəm ki, burada neytral olaraq, yəni tərəfsiz qalmaq yaxşı haldır. Ona görə ki, Rusiya hazırda Ukrayna müharibəsini siğortalamaq, yaxud hansısa bəhanə tapıb müharibəni dayandırmaq üçün yeni qaynar nöqtə axtarır. Belə olduğu halda hədəf masasına çıxmağın adı yoxdur”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər