"Ukraynaya “Taurus” verə bilərik"
"Almaniya “Taurus” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya verə bilər".
"İnformator.az" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz ZDF kanalına açıqlamasında deyib.
"Əlbəttə, bu, mümkündür”, - Merz bildirib.
Kansler bununla yanaşı qeyd edib ki, ukraynalı hərbçilərə raketlərlə işləmək üçün təlim keçmək uzun vaxt aparacaq.