00:00:00
Yazar
Admin User
19.09.2025 12:45 163 1 dəq oxuma
Siyasət

UNESCO-nun Qəzzəyə yardım fonuna töhfə verən ilk ölkə

UNESCO-nun Qəzzəyə yardım fonuna töhfə verən ilk ölkə

Türkiyə UNESCO-nun Qəzzəyə yardım fonuna töhfə verən ilk ölkə olub. Bu cür beynəlxalq yardımlar həm siyasi, həm də maliyyə baxımından önəmli hesab olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,Türkiyə İsrailin Qəzza siyasəti ilə barışmır və bunu açıq şəkildə ifadə edir:

 

“Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyəti daim diqqətdə saxlayır. Rəsmi Ankara dünyanın diqqətini regiondakı humanitar böhrana cəlb etməyə çalışır. Türkiyənin UNESCO-nun Qəzzəyə yardım fonduna töhfə verən ilk ölkə olması bu siyasi xəttin tərkib hissəsidir.

 

Ümumiyyətlə, İsrailin Qəzzada əməliyyatları davam etdirməsi əraziyə yardımın çatdırılmasını əngəlləməsi ciddi humanitar böhran yaradıb. Xüsusilə, qida və tibbi xidmətlərə ehtiyac var. Türkiyə isə məhz bu məhsul və xidmətlərin təcili bölgəyə çatdırılmasını təmin etməyə çalışır. Bunun üçün istər region ölkələri, istərsə də beynəlxalq təşkilatlarda danışıqlar aparır. Düzdür, bu yardımlarla Qəzzadakı vəziyyəti tezliklə düəltmək mümkün deyil,amma insanların qida və tibb xidmətləri kimi ilkin ehtiyacları əldə etməsinə müəyyən qədər kömək ola bilər”.

 

Ədilə Hüseynzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər