00:00:00
Yazar
Admin User
03.09.2025 09:36 151 2 dəq oxuma
Sosial

Universitetlər Bakını tərk edir?

Universitetlər Bakını tərk edir?

Azərbaycanda universitetlərin yalnız Bakıda cəmlənməsi məsələsi yenidən aktuallaşıb. Təklif edilir ki, ali məktəblərin böyük hissəsi regionlara, xüsusən də Qarabağ və Şərqi Zəngəzura köçürülsün. 

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, ötən il belə bir təşəbbüs olub:

 

“Nəqliyyat agentliyinin qarşısına belə bir məsələ qoyulmuşdu ki, bunun qarşısını almaq üçün müəyyən addımlar atılsın.Bu məsələ gündəmə gəldikdə sıxlığı hər zaman universitetlərin, kolleclərin yaratdığı ortaya çıxır. Qarşıdan 15 sentyabr gəlir, yeni tədris ili başlayacaq, şəhər qaynayacaq, bunun səbəbini isə məktəblər, kolleclər, ali təhsil müəsisələrində görəcəklər. Əlbəttə, bu da rol oynayır. Bəzi universitetlərdə 10.000+ tələbə var. Universitetlərin regionlara köçürülməsi ilə bağlı çoxdandır təşəbbüs var, ancaq həyata keçirilmir.Bir neçə universitet misal çəkmək istərdim ki, regionda yerləşir ancaq Bakıdakı universitetlərdən geri qalmır.Lənkəran Dövlət Universiteti orada yeni kampuslar, qızlar və oğlanlar üçün yataqxanalar, laboratoriyalar,müəllimlər üçün universitetin həyətində 2-3 otaqlı mənzillər tikilib.

Mingəçevir Dövlət Universitetində də bir sıra islahatlar gedir, inkişafa doğru addımlar atılır,tədrisin keyfiyyəti artıb.

Gəncədəki Aqrar Universitetin Azərbaycan universitetlərindən fərqlənən böyük yataqxanası var,laboratoriyaları var.

Qarabağ Universiteti bildiyimiz kimi yeni fəaliyyətə başlayıb.Tələbə sayı bu ildən artırılıb. Yeni yataqxanaları,laboratoriyaları,auditoriyaları var. 

Digər universitetlərində filialları var. Məsələn:ADPU Bakıda bir çox filialları var həmçinin regionlarda da, BDU-də Qazaxda filialı var. UNEC-in Zaqatalada filialı var. və.s

Bunlar şəhərdəki sıxlığın qarşısını bir qədər ala bilir, ancaq tam həll edə bilmir. Düşünürəm ki, yerlərdə universitetlərin açılması həm region əhalisi üçün yaxşı olacaq, həm də tələbələr özlərinə yaxın bir ərazidə təhsil ala biləcəklər. Böyük ehtimalla bu barədə dövlət və ya nazirlər kabineti səviyyəsində təşəbbüs olmalıdır".

 

Həlimə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər