00:00:00
Yazar
Admin User
25.08.2025 13:55 122 1 dəq oxuma
Sosial

Unun topdansatış qiymətləri açıqlanıb

Unun topdansatış qiymətləri açıqlanıb

Avqustun 25-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.

 

"İnformator.az" Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir:

 

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb".

 

Xatırladaq ki, avqustun 18-də də Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər