00:00:00
Yazar
Admin User
07.03.2025 19:15 267 2 dəq oxuma
Dünya

"Unutmayın ki, Avropa təhlükəsizliyi yalnız birliyə üzv ölkələrin məsələsi deyil"

"Unutmayın ki, Avropa təhlükəsizliyi yalnız birliyə üzv ölkələrin məsələsi deyil"

“Unutmayın ki, Avropa təhlükəsizliyi yalnız birliyə üzv ölkələrin məsələsi deyil"

 

Ərdoğan, Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin edəcək bir razılaşmaya nail olmaq üçün göstərilən səylərin də bu yanaşma ilə üst-üstə düşdüyünü bildirərək, belə deyib:

 

“Təbii ki, burada bunu da ifadə etmək məcburiyyətindəyəm. Müdafiə sənayemizin Ukraynaya dəstəyi və müharibə şəraitinə baxmayaraq ölkəni tərk etməyən özəl sektorumuzun töhfəsi ortada ikən, Aİ-nin müdafiə məhsulları tədarükü və yenidənqurma proqramlarından kənarda saxlanılmağımızın izahı olmadığına inanırıq. Aİ-nin bu mövqeyini dəyişdirməsi ortaq maraqlarımızın tələbidir. Unutmayaq ki, Avropa təhlükəsizliyi yalnız birliyə üzv ölkələrin məsələsi deyil, bütün Avropalı müttəfiqləri maraqlandıran bir mövzudur".

 

Böyük Britaniyanın ev sahibliyi etdiyi 2 mart tarixində keçirilən Liderlər Zirvəsi kimi, bu günkü toplantını da Avropanın təhlükəsizliyinə real və hərtərəfli yanaşmanın təzahürü kimi görmək istədiklərini bildirən Prezident Ərdoğan sözlərini belə davam etdirib:

 

“Avropa təhlükəsizliyinə dair atılan bütün addımların Türkiyə ilə birlikdə planlaşdırılmasının ortaq mənafeyimizə uyğun olacağı qənaətindəyik. Bütün bu səylərdə transatlantik əlaqənin maksimum dərəcədə qorunması və müttəfiqimiz Amerika Birləşmiş Ştatlarının güclü dəstəyinin alınması da şübhəsiz ki, vacibdir. Yüksək texnologiyaya malik müdafiə sənayemiz gücləndirilməyə çalışılan müdafiə sahəsinə töhfə verməyə hazırdır. Birlik daxilindəki Avropa müdafiə sənayesi proqramının bütün Avropalı müttəfiqlərə açıq olması vacibdir. Ukraynanın yenidən qurulmasını və ayağa qaldırılmasını hədəfləyən Avropa Sülh Mexanizmi kimi strukturlara da daxil olmağımız mühüm əhəmiyyət daşıyır".

 

Ərdoğan, qarşı-qarşıya olduqları problemlərin Avropanın iqtisadi təhlükəsizliyi və müdafiəsində Türkiyə ilə Aİ arasındakı münasibətlərin nə dərəcədə vacib olduğunu bir daha ortaya qoyduğunu qeyd edib.

 

“Türkiyə, Avropa İttifaqı ilə münasibətlərində uzunmüddətli, strateji bir baxış bucağı ilə hərəkət edir ki, bu da hər iki tərəfin maraqlarına uyğundur” deyən Ərdoğan əlavə edib:

 

“Biz tam üzvlük hədəfimizi çox güclü şəkildə qoruyuruq. Birliyin də artıq strateji və vizioner bir mövqe sərgiləməsini, buna görə də üzvlük müzakirələrimizin tezliklə yenidən başlanmasını gözləyirik. Ümid edirəm ki, bütün yüksək səviyyəli görüşləri də ən qısa zamanda birlikdə keçirəcəyik. Sözlərimi bitirərkən, Ukraynada ədalətli, davamlı və şərəfli bir sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazır olduğumuzu bir daha vurğulamaq istəyirəm. Bu düşüncələrlə toplantımızın sülh və sabitlik yolunda xeyirli nəticələr gətirməsini arzulayıram".

 

Toplantıda Böyük Britaniyanın Baş naziri Keir Starmer, Kanadanın Baş naziri Justin Trudeau, Norveçin Baş naziri Jonas Gahr Store, İslandiyanın Baş naziri Kristrun Mjoll Frostadottir, Aİ Şurasının Prezidenti Antonio Costa, Aİ Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaja Kallas iştirak ediblər.

 

TRT XƏBƏR

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər