00:00:00
Yazar
Admin User
25.08.2025 10:02 100 2 dəq oxuma
Dünya

Ürək həyəcan siqnalı!

Ürək həyəcan siqnalı!

 


Nəfəs darlığı, tərləmə, başgicəllənmə, huşunu itirmə... İsti havalar bu əlamətləri daha da gücləndirsə də, səbəb bəzən fərqli ola bilər. İsti hava yorğunluq, nəfəs darlığı və ya zəiflik kimi simptomları gücləndirə bilər. Ancaq bəzən bu əlamətlər yalnız mövsümi şərtlərdən deyil, həm də ürəyin səssiz siqnallarından qaynaqlanır. Kardiologiya Mütəxəssisi Dos. Prof. Dr. Onur Taşar deyir: "Ürək xəstəliyinin bəzi əlamətləri çox vaxt gözdən qaçırıla bilər. Ancaq yay istisi, stress və ya sıx iş qrafiki kimi gündəlik həyatınızdakı digər faktorlara aid etdiyiniz bəzi şikayətlər ürək xəstəliyinin göstəricisi ola bilər. Burada 9 mühüm ürək həyəcan siqnalı var! Bəzi əlamətlər tək və ya digər əlamətlərlə birlikdə görünə bilər. Ürək xəstəliklərinin erkən aşkarlanması həyati təhlükənin qarşısının alınmasında ən güclü üsuldur. Ürək sağlamlığınızı qorumaq üçün həkimə müraciət etmək vacibdir”.

 

Kardiologiya Mütəxəssisi Dos. Prof.Dr.Onur Taşar ürək xəstəliklərinin tez-tez gözdən qaçan əlamətlərini və 9 ürək həyəcan siqnalını izah edərək, mühüm xəbərdarlıq və tövsiyələr verib. Dosent Onur Taşar: "Sinə nahiyəsində qəfil, şiddətli və ya uzun müddət davam edən ağrılar birbaşa infarktla əlaqəli ola bilər",-deyir. "Ağrı bəzən mədə yanması və ya əzələ ağrısı ilə qarışdırıla bilər, lakin ürəklə bağlı ağrılar gərginlik zamanı daha da pisləşir və istirahətlə keçmir. Bu vəziyyət təcili tibbi yardım tələb edir",-deyə qeyd edib.

 


CNN
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər