00:00:00
Yazar
Səadət Əlizadə
15.07.2026 10:40 27 1 dəq oxuma
Dünya

Ursula Fon der Lyayen Avropa liderləri ilə birlikdə Kiyevə səfər edib

Ursula Fon der Lyayen Avropa liderləri ilə birlikdə Kiyevə səfər edib

Bu gün Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bir sıra Avropa liderlərinin müşayiəti ilə Ukraynanın paytaxtı Kiyevə gedib.

 

"informator.az" xəbər verir ki, Ukrayna mediasının xəbərinə görə, səfər iştirakçıları arasında Moldova Prezidenti Maya Sandu və Rumıniya Prezidenti Nikuşor Dan da var.

 

Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç və Serbiya Prezidenti Aleksandar Vuçiç də Ukraynaya səfər ediblər. 

 

Səfərin məqsədi və əlavə detallar təhlükəsizlik səbəbi ilə əvvəlcədən açıqlanmayıb.


Ursula Fon der Lyayen müharibə başlayandan bəri Ukraynaya on birinci dəfə səfər etdiyini bildirib: “Bu xüsusi bir məqamdır. Ukrayna hərbi potensialının gücləndirilməsində əhəmiyyətli irəliləyiş əldə edə bilib. Təşəbbüs tədricən onun tərəfinə keçir. Müdafiə sənayemizin inteqrasiyasına yönəlmiş yeni təşəbbüslər elan edəcəyəm. Bu, bizə daha çox silah istehsal etməyə imkan verəcək. Ukraynanın Aİ-yə daxil olması və qarşıdakı qışa hazırlıq prosesini də müzakirə edəcəyik”.

#baki #kiyevə #yeni #avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər