Uşaqlarda özünü idarə bacarığının inkişafı
Uşaqların özünü idarə etməsi, yəni diqqətini saxlamaq, duyğularını tənzimləmək və qərar vermək bacarığı, onların həyatının ən vacib bacarıqlarından biridir. Bu bacarıqların formalaşması həm məktəb, həm də sosial həyatda uğur üçün əsasdır.
Mövzu ilə bağlı Ailə Uşaq psixoloqu Aynur İsmayılova "informator.az" müsahibə verib.
Uşaqların özünü idarə bacarıqları hansı yaşlarda daha sürətlə inkişaf edir? Valideynlər bu inkişafı necə dəstəkləyə bilərlər?
"Uşağlar doğulduğları andan etibarən inkişaf edirlər, lakin biz səhv etməyi qloballaşdırdığımız üçün uşağların da səhv etməsini istəmirik. Bəzən valideynlər fərqin də olmadan
" etmə, sındırdın, qırdın" kimi sözlərlə uşağları idarə bacarığlarından çəkindirir, yəni uşağlara səhvi yavaş- yavaş dərk edərək formalaşmalarına maneə olurlar.
Eyni zamanda valideynlər uşağların da inkişafın tez olmasını istədikləri üçün bu işi tezləşdirir və uşağları çaşdırırlar, bu halda da demək olar uşağlar idarəetmə bacarığlarını itirirlər. Bəzən müəllimlər də səhvi gözə almadan ki, uşağ səhv edə bilər bəzi hallarda isə tələsdirmələr nəticəsin də, yaxud valideynlərin uşağı kimlərdənsə fərqləndirməsi belə uşağın özünü idarə bacarığını aşağı salır. Bu hallara qarşı biz uşağı inandırmalıyıq ki, o bu dəfə səhv edibsə gələn dəfə bacaracaq və.s uşağa oz bacarığlarına inandırmaq idarəetmə situasiyasını gücləndirir.
Uşağlarda özünü idarə halı 5 yaşdan etibarən başlayır və uşaglara müəyyən qadağalar etmədikdə onlar daha yaxşı formada inkişaf edirlər. Onlara bacaracağlarını gostərdik də onlar bütün inkişaf bacarığlarını idarə edə bilirlər".

Arzu İbrahimova
