00:00:00
Yazar
Admin User
12.08.2025 12:29 126 1 dəq oxuma
Sosial

Vüqar Qurbanov onlara yüksək vəzifə verib

Vüqar Qurbanov onlara yüksək vəzifə verib

Xəzər Tibb Mərkəzinə və Suraxanı Tibb Mərkəzinə yeni direktorlar təyin olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək. Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov isə ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər