00:00:00
Yazar
Hüseynova Mələk
15.10.2026 21:01 34 2 dəq oxuma
Dünya

Vahid Avropa ordusu NATO-da parçalanma yarada bilər

Vahid Avropa ordusu NATO-da parçalanma yarada bilər

NATO baş katibi Mark Ruttenin Avropanın vahid orduya ehtiyacı olmadığı barədə açıqlaması qitənin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra Vaşinqtonun Avropanın təhlükəsizliyindəki rolu və Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməsi məsələsi aktuallaşıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oktay Qasımov bildirib ki, Ruttenin mövqeyi Avropada bu məsələyə dair yeganə yanaşma deyil. ABŞ-nin Avropanın təhlükəsizliyinə verdiyi təminatlarla bağlı yaranan suallar vahid Avropa ordusunun yaradılması ideyasını yenidən gündəmə gətirib:

 

“Xatırlayırsınızsa, Fransa Prezidenti Emmanuel Makron hələ 2019-cu ildə vahid Avropa ordusunun yaradılmasını təklif edib. Həmin vaxt ciddi tənqidlərə məruz qalan ideya hazırkı geosiyasi şəraitdə yenidən aktuallıq qazanıb. Xüsusilə, Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi Avropa ölkələrini öz təhlükəsizlikləri barədə yenidən düşünməyə vadar edir.Ruttenin bu ideyaya qarşı çıxmasının əsas səbəblərindən biri onun NATO daxilində parçalanmaya yol aça biləcəyi ilə bağlı narahatlıqdır. Alyans üzvlərinin böyük əksəriyyətini Avropa ölkələri təşkil edir. Bu dövlətlərin ayrıca hərbi struktur yaratması NATO daxilində Avropa və ABŞ arasında ayrılığın dərinləşməsinə səbəb ola bilər. Vahid Avropa ordusunun yaradılması ideyası artıq siyasi gündəmdədir və müxtəlif səviyyələrdə müzakirə olunur. ABŞ-nin Avropanın təhlükəsizliyində gələcək roluna dair qeyri-müəyyənlik və Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyət bu müzakirələrin davam etməsinə zəmin yaradır”.

 

Fatimə Hüseynova

 

#Ordu #Avropa #NATO
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər