Vaqner silah və sürsatlarını rus ordusuna təhvil verdi
İyunun 24-də Rusiya hökumətinə qarşı üsyana cəhd edən Vaqner qruplaşması silah və sursatlarını rus ordusuna təhvil verib.
İnformator.az Rusiya mediasna istinadən xəbər verir ki, Müdafiə Nazirliyi orduya təslim edilənlərin görüntülərini paylaşıb. Kadrlarda yüzlərlə ton silah, döyüş sursatı, artilleriya, tanklar və zirehli maşınlar əks olunub.
Nazirlikdən verilən açıqlamada deyilir ki, təslimata 2 min hərbi texnika, 2,5 tondan çox döyüş sursatı, 20 min yüngül silah daxildir.
