00:00:00
Yazar
Admin User
11.11.2025 17:41 128 1 dəq oxuma
Dünya

Vaşinqton ABŞ-nin Hindistana enerji ixracını artırmaq üçün çalışmaq niyyətindədir

Vaşinqton ABŞ-nin Hindistana enerji ixracını artırmaq üçün çalışmaq niyyətindədir

Vaşinqton ABŞ-nin Hindistana enerji ixracını artırmaq üçün çalışmaq niyyətindədir. Bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp verib. Tramp qeyd edib ki, Hindistan Hind-Sakit Okean bölgəsində ABŞ-ın mühüm iqtisadi və strateji tərəfdaşıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Donald Tramp, ümumiyyətlə, biznesmen təfəkkürlü bir siyasətçidir:

 

"O, özünün sələfi olan demokratların rəhbərlik etdiyi siyasətdən fərqli olaraq sərt yox, yumşaq gücə üstünlük verir. Yəni iqtisadi əməkdaşlıqlar üçün tərəfdaş qazanmaq niyyətindədir. Hətta biz bunu ABŞ-nin klassik, ənənəvi düşməni kimi qiymətləndirilən Rusiyaya münasibətində də görürük. Donald Trampın, xüsusən də hakimiyyətinin ilk dövrlərində, yəni ikinci dəfə prezidentliyə gəlməsindən söhbət gedir, Rusiyaya qarşı münasibəti o qədər loyal və yumşaq idi ki, artıq belə iddialar yayılmışdı ki, Tramp guya Rusiyanın agentidir və s.

 

İndi də baxmayaraq ki, sərt bəyanatlar səsləndirir, mümkün qədər yenə də yumşaq davranır. Bu, Rusiyadan qorxduğu üçün deyil, sadəcə olaraq iqtisadi əməkdaşlıq Tramp üçün prioritetdir. Bu, Hindistanla münasibətlərə də aiddir. Yəni bu cür yolla  Hindistanla iqtisadi əməkdaşlıq qurmaqla və yaxud da Asiya bölgəsinə investisiyalar qoymaqla həmin ərazidə təsir gücünü artırmaq niyyətindədir. Və perspektivdə Hindistanı özünə çəkməklə Şərq blokunu zəiflətmək barədə də düşünə bilər, Donald Tramp".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər