Vaşinqton görüşünün yaratdığı fürsəti əldən verməyəcəyik
Azərbaycanın və digər region ölkələrinin ATƏT Parlament Assambleyası (PA) ilə uzun illər davam edən səmərəli əməkdaşlığı təşkilatın fəaliyyət gündəliyində Cənubi Qafqaza diqqətin artmasına şərait yaradıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov bildirib ki, aydın məsələdir ki, indiki vəziyyətdə çox yaxşı imkanlar açılır ki, iki ölkənin cəmiyyətləri, xalqları arasında barışıq ruhu bərqərar olsun. Çünki birincisi, bu ruh həmişə etimad üzərində qurulur, yəni bu xüsusda formalaşır:
“Düzdür, Azərbaycan tərəfi həmişə hazır olub barışığa. Biz Ermənistana hücum etməmişdik, onlara ərazi iddiamız yox idi. Əksinə, ermənilərin ərazi iddiası var idi, torpaq istəyirlər, müharibələr, yeni ərazilər şüarını səsləndirirlər və bunu əlbəttə ki, biz gözəl bilirik. Bütün bu məsələlərin hamısının təfərrüatları bizə bəllidir. Çox təəssüf ki, elə Avropa təsisatları, beynəlxalq demokratik institutlar qondarma təsisatlar ki, haqqı qoyub nahaqqı dəstəkləyirlər. Məsələnin semantikasında kökündə mənşəyində hansı fəsadlar, hamısı Ermənistan tərəfindən gəlirdi. Onlar özlərini uzun illər bəri ki, işğal hələ qüvvədə idi, bizim torpaqlarımızı zəbt eləmişdilər, özlərini çox yekəxana aparırdılar və elə bir təəssürat oyadırdılar ki, guya biz onlardan nahaq yerə incimişik. Guya Azərbaycanın işğalçı siyasət yeridir və digər onlar isə ermənilərin yalanlarına zübdə özlərinin Azərbaycan tərəfinin mövqeyini, onun həqiqətini, onun sözünü, dəyərləri düzgün dəyərləndirsinlər. Ona görə də biz belə proseslərdən qaçmırıq. Digər tərəfdən, ATƏT in Parlament Assambleyasında Azərbaycanın səsinin dayandırılması ilə bağlı qərarlar verilib. Bu da çox ədalətsiz, məkrli, qərəzli bir yanaşma idi. Bizim səsimizi faktiki olaraq boğmaq istəyirlər və əgər ATƏT, onun nəzdində olan institutlar deyil, sonra formatlar- bunlar hamısı gərək ilk növbədə Azərbaycanla açıq və sağlam dialoqa hazır olsunlar. Biz o dialoqa hazırıq və onu aparmaqda da həmişə israrlıyıq. Gəl ki, onlar bu proseslərdən boyun qaçırırlar. Ona görə də əsas məsələ burada ondan ibarətdir ki, əgər onlar vasitəçilik etmək istəyirlərsə, bu məsələlərdə Azərbaycanla Ermənistan arasında gənclər təşkilatlarının, sonra
vətəndaş cəmiyyətinin, fəallarının, əgər dialoqunu formalaşdırmaq istəyirlərsə, arada körpülər yanmaq istəyirsə, gərək ilk növbədə qərəzsiz olsunlar. Digər sağlam ruh formalaşdırsınlar. Bu da ondan ibarətdir ki, etməsin. Biz bunu dəfələrlə əziyyətin, yanlış olan insanları çaşdırırlar. bir çox ölkələrin vətəndaş cəmiyyətinə yalan dəyərləri təlqin edirlər. Bunlar gərək olmasın, ya onlar gərək köklü surətdə mərkəzdə duraraq, gərək taraz bir mövqe tutsunlar, sonra müvazinatı həmişə təmin etsinlər və hər iki tərəfə də eyni gö.
Əgər bunu edə biləcəklərsə, əgər belə tələblərlə olar, barışıb öz işlərini həqiqətən də təmənnasız tərzdə görəcəklərsə. Mən bunu xüsusilə qeyd edim ki, təmənnasız tərzdə ki, heç bir siyasi divident bundan qazanmasınlar. Yəni bu siyasi divident qazanmaq yeri də, meydanı da deyil. Əgər bunu edə biləcəklərsə, onda bəli, Azərbaycan həm hazırdır, həm də bu işə öz dəstəyini verə biləcək. Çünki Azərbaycanın birincisi, güclü elitası var. düşünən beyinləri var. Azərbaycanın böyük məntiqi, potensial imkanları var. Bu, tək bizim iqtisadi zəmində olan bacarığımız deyil. Bu, həm də bizim xalqımızın mənəvi, psixoloji hazırlığıdır".
Reyhan Quliyeva