Vaşinqton hücumunun şübhəlisi əvvəlcə CIA ilə işləyib
“Vaşinqtonda Milli Qvardiya əsgərlərini güllələyən şübhəli şəxs Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə işləyib".
Vaşinqtonda iki Milli Qvardiya əsgərinin vurulması ilə bağlı hadisənin əsas şübhəlisi olan əfqan vətəndaşı əvvəllər Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə işləyib. Bu məlumatı CIA direktoru açıqlayıb.
Ratcliffe-in sözlərinə görə, “Bayden administrasiyası həmin şəxsin ABŞ-a gətirilməsini 2021-ci ilin sentyabrında onun ABŞ hökuməti, o cümlədən CIA ilə əvvəlki əməkdaşlığı ilə əsaslandırıb".
Yaralanan əsgərlər – Endryu Volf və Sara Bekstrom – əməliyyat olunublar, lakin rəsmi şəxslərin bildirdiyinə görə vəziyyətləri hələ də kritikdir.
Kolumbiya Dairəsinin (Vaşinqton DC) ABŞ prokuroru Janin Pirro bildirib ki, şübhəli şəxs Rəhmanullah Lakanval hücumdan əvvəl Vaşinqton ştatından yola çıxaraq ölkəni minlərlə kilometr qət edib.
Hadisə zamanı Lakanval başqa bir əsgər tərəfindən güllələnib və xəstəxanaya aparılıb – ABŞ Prezidenti Donald Tramp onun “ağır yaralandığını”,-deyib.
Şimali Amerika üzrə müxbirimiz Nomiya İqbal yazır ki, “şübhəlinin kimliyi bu hadisəni böyük siyasi mövzuya çevirib və Bayden administrasiyasının qaçqın proqramının təhlükəsizliyi kəskin şəkildə müzakirəyə çıxarılıb".
Mənbə: BBC news
Ayisə Şərifova