00:00:00
Yazar
Admin User
14.11.2025 17:40 122 2 dəq oxuma
Siyasət

Vaşinqtonun Antifa addımı beynəlxalq müzakirə yaradıb

Vaşinqtonun Antifa addımı beynəlxalq müzakirə yaradıb

 

ABŞ administrasiyasının Avropada “Antifa” ilə əlaqəli dörd radikal qrupu terrorçular siyahısına daxil etməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Vaşinqtonun bu addımı həm qitədə sol radikal hərəkatların gələcək fəaliyyətinə, həm də ABŞ-Avropa təhlükəsizlik əməkdaşlığının dinamikasına təsir edə bilər. Bu qərarın hüquqi əsasları, geosiyasi motivləri və Avropada daxili siyasi proseslərə mümkün təsirləri mübahisə doğuran suallardandır.


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Antifa - antifaşist sözündən irəli gələn bir anlayışdır:

 

"Bu söz daha çox nasistlərdən sonra istifadə olunan bir termin olaraq görünür. Antifa sol görüşlü və terrora qarışmayan bir təşkilat kimi tanınır. Bugünkü gündə Antifa daxilində dörd əsas qrup var. Amerika bu gün SGDK və FETÖ kimi təşkilatları “xarici terror təşkilatları” siyahısına daxil edib. Antifa-nın mərkəzi yoxdur. Onlar müxtəlif qrupları həyata keçirdiyi aksiyalar, mitinqlər, protestlərlə fəaliyyət göstərirlər. Xüsusilə Donald Trampın birinci və ikinci hakimiyyəti dövründə ABŞ-də bu qruplar daha aktiv oldular. Əslində, bu təşkilatların fəaliyyəti 1930-cu illərdən bəri ABŞ-də müşahidə olunur. Onlar birbaşa terror aktlarında iştirak etmirlər. Yəni onları “terror təşkilatı” adlandırmaq mübahisəlidir. Antifa daha çox etiraz aksiyaları, mitinqlər vasitəsilə öz fikirlərini ifadə edir. Amma əgər bu fəaliyyətlərə qarşı tədbirlər görülməzsə, gələcəkdə hansısa partlayıcı maddələrdən və ya zorakı üsullardan istifadə edə biləcəkləri ehtimal edilir. Lakin indiyədək belə bir hal qeydə alınmayıb".


Politoloq vurğulayıb ki, bunların əsas problemi odur ki, vahid idarəetmə strukturu yoxdur:

 

"Fəaliyyətlərini müxtəlif qruplar maliyyələşdirir. Bu səbəbdən də onlara “terror təşkilatı” adı verilməsi maliyyələşmənin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda bu adlandırma onların beynəlxalq səviyyədə hərəkət azadlığını məhdudlaşdırmaq üçün edilir. Avropa Birliyində bu məsələ hələ müzakirə altındadır, çünki onların tam terror təşkilatı olub-olmadığı hələlik müəyyən edilməyib, amma Antifa-nın fəaliyyətləri bəzi ölkələrdə sosial sabitliyə təsir etdiyi üçün bu adlandırmanın hüquqi əsasları baxımından qiymətləndirilməsi aparılır".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər