00:00:00
Yazar
Admin User
12.12.2025 09:44 216 2 dəq oxuma
Siyasət

Vaşinqtonun sərt strategiyası

Vaşinqtonun sərt strategiyası

Aİ liderləri ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropaya qarşı sərtləşən mövqeyinin Ukrayna üzrə danışıqlara mənfi təsir göstərə biləcəyindən narahatdırlar. CNN-nin məlumatına görə, Vaşinqtonun NATO öhdəliklərini daha çox Avropanın üzərinə qoyması və Aİ-nın gələcəyi ilə bağlı sərt yanaşmaları Brüsseldə gərginlik yaradıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin yeni strategiyası Avropaya yönəlmiş bir mesaj xarakteri daşıyır:

 

“Prezident seçkilərindən sonra, Trampın 47-ci prezident kimi hakimiyyətə qayıdışından etibarən, ABŞ Avropa dövlətlərinə NATO çərçivəsində müdafiə xərclərini ÜDM-nin 2,5%-dən 5%-ə qaldırmağı təklif edib. Bununla Vaşinqton açıq şəkildə bildirir ki, Avropa öz təhlükəsizliyini özü təmin etməlidir. ABŞ artıq Avropaya davamlı yardım göstərmək niyyətində deyil.

 

‘Politico’ nəşrinin Ukrayna əsilli jurnalisti ilə müsahibəsində Tramp Aİ-nin gələcəyi, ABŞ-Rusiya və ABŞ-Ukrayna münasibətləri, eləcə də mümkün sülh sazişi barədə fikirlərini bölüşərək Avropanı daha çox özünü təmin edən tərəf olmağa yönləndirib. Bu, müəyyən mənada müsbət qiymətləndirilə bilər”.

 

Politoloq bildirib ki, Ukrayna Prezidenti Zelenskinin Roma Papası ilə görüşündə də təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub:

 

“Papa qeyd edib ki, Aİ ilə ABŞ-ni təhlükəsizlik baxımından bir-birindən ayrı düşünmək düzgün deyil. O, ABŞ-nin Rusiya-Ukrayna müharibəsində kifayət qədər fəal olmamasını tənqid edib və Avropanın təhlükəsizliyində ABŞ iştirakının davamlı olmasının vacibliyini vurğulayıb. Həmçinin ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi ətrafında müzakirələr aparıldığını xatırladaraq bunun Rusiya üçün üstünlük yarada biləcəyini və Ukraynadakı müharibənin daha da genişlənməsi riskini artırdığını qeyd edib”.

 

Yusif Bağırzadənin sözlərinə görə, ABŞ-nin Ukraynaya təqdim etdiyi 20 maddəlik paket, Vaşinqtonun Kiyevlə münasibətləri yeni formatda qurmaq niyyətini ortaya qoyur:

 

“ABŞ, Ukraynanın Aİ-a üzvlüyünə qədər olan dövrdə Avropa dövlətləri ilə əlavə dividendlər və təhsil imkanları sahəsində danışıqlar aparır. Kiyev ABŞ-nin irəli sürdüyü 20 maddəlik təklifləri qəbul edəcəyi halda, Ukraynanın təhlükəsizliyi, iqtisadi inkişafı və infrastrukturunun bərpasına böyük dəstək göstəriləcəyi vurğulanır. Ümumilikdə isə, ABŞ-nin NATO-dan çıxması və ya Avropa İttifaqı ilə yollarını ayırması barədə danışmaq hələlik tezdir”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər