00:00:00
Yazar
Admin User
08.09.2023 16:46 463 2 dəq oxuma
Dünya

Venesiyaya giriş ödənişli olacaq

Venesiyaya giriş ödənişli olacaq

   Avropanın məşhur turizm şəhərlərindən olan Venesiyaya giriş ödənişli olacaq. Sistem əsasən turistlərə tətbiq ediləcək. 2024-cü ildən Venesiya bilet sistemini sınaqdan keçirəcək. Turistlərin İtaliyanın mərkəzinə daxil olması 5 avroya başa gələcək. Giriş haqqı xüsusi günlərdə Venesiyaya gələn turistlər üçün məcburi olacaq.

    Rüsum siyasəti bir ay təcrübədən keçiriləcək. Uğurlu alınarsa, qərar təsdiqlənəcək. Şəhərə hər il 30 milyona qədər turist axını olduğunu deyən Venesiya meri Lui Brugnaro bildirib ki, bu sistemin tətbiqində məqsəd insan sıxlığını azaltmaqdır. “Müəyyən dövrlərdə turist axınının tənzimlənməsi lazımdır, lakin bu, şəhərin bağlanması demək deyil. Venesiya hər zaman hər kəs üçün açıq olacaq”.

  YUNESKO dəfələrlə xəbərdarlıq edib ki, Venesiya şəhəri və sakinlərinin həyatı riskdədir. Şəhər şurası bu xəbərdarlıqdan sonra məsələni ciddiləşdirərək turist axını ilə bağlı tədbirlər həyata keçirməyə qərar verib. Uzun müddətdir müzakirə edilən planı Şəhər Şurasının sentyabrın 12-də təsdiqləyib reallaşdırması planlaşdırılır. Bir çox detallar dəqiq olaraq müəyyənləşdirilməsə də, biletlərin yaxın aylarda satışa çıxarılacağı deyilir.

  Turizm eksperti Ceyhun Aşurov deyir ki, yeni sistem Venesiyanı qlobal pioner edəcək. “İtaliyanın şimal şərqində yerləşən, çox populyar turizm məkanı olan Venesiyaya hər il minlərlə turist axın edir. Xüsusən, müəyyən mövsümdə turistlər daha çox ora gedir. Müzakirə də olunurdu ki, turistlərin çoxluğundan yerli şəhər əhalisi və həmin ərazi həddindən çox gərginlik yaşayır. Bununla əlaqədar olaraq, hətta ordakı torpağın eroziyaya uğraması, ildən-ilə torpaq səviyyəsinin aşağı düşməsi məsələləri müzakirə olunurdu. Bura bir rüsum, bir ödənişin tətbiqi hər zaman gündəmdəydi”.

   Venesiya ilk dəfə deyil ki, giriş haqqı tələb edir. İki il əvvəl də oxşar məsələ gündəmə gətirilib. Amma rüsumun tətbiqi texniki, hüquqi və siyasi maneələr səbəbindən təxirə salınıb.

ARZU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər