00:00:00
Yazar
Admin User
25.10.2025 04:33 136 1 dəq oxuma
Dünya

Venesuela Cənubi Amerika xalqları ilə birlikdə müharibənin qarşısını alacaq

Venesuela Cənubi Amerika xalqları ilə birlikdə müharibənin qarşısını alacaq

Venesuela Cənubi Amerika xalqları ilə birlikdə ABŞ-nin bölgədə açmaq istədiyi müharibənin qarşısını alacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalında deyib.

 

Maduro qeyd edib ki, hərbi münaqişələrdə iştirakdan imtina edən rəsmi bəyanatlara baxmayaraq, mümkün hərbi müdaxiləyə hazırlıq gedir və bunun qarşısı alınmalıdır.

 

Venesuela Prezidenti vurğulayıb ki, ABŞ administrasiyası narkotik ticarəti ilə mübarizə kimi saxta bəhanə ilə Venesuelaya qarşı tədbirlər planlaşdırır. O bəyan edib ki, Venesuela narkotik ticarəti, koka bitkiləri və kokain istehsalından tamamilə azad ölkədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər