00:00:00
Yazar
Admin User
26.08.2025 13:08 89 1 dəq oxuma
Dünya

Venesuela Kolumbiya sərhədinə 15 min təhlükəsizlik qüvvəsi yerləşdirəcək

Venesuela Kolumbiya sərhədinə 15 min təhlükəsizlik qüvvəsi yerləşdirəcək

Venesuela Daxili İşlər, Ədalət və Sülh naziri Diosdado Kabelyo sərhəd keçidlərini təhlükəsiz saxlamaq məqsədilə Kolumbiya sərhədinə 15 min hərbçi və polis qüvvəsinin yerləşdiriləcəyini açıqlayıb.

 

Dövlət televiziyasına açıqlama verən Kabelyo, Kolumbiya sərhədindəki Zulia və Takiya (Táchira) ştatlarına təhlükəsizlik qüvvələrinin yerləşdiriləcəyini bildirib.

 

Onun sözlərinə görə, qadın və kişilərdən ibarət 15 minlik hərbçi və polis qüvvəsinin yerləşdirilməsinə dərhal başlanılacaq:

 

“Yerləşdirmə Takiya sərhədinə qədər uzanacaq. Kolumbiya hökumətindən də bütün sərhəd xətti boyu sülhü təmin etməsini istəyirik”.

 

Kabelyo sərhəddə heç bir qanunsuz fəaliyyətə icazə verilməyəcəyini vurğulayaraq əlavə edib:

 

“Ölkənin hər yerində bölmələrimiz mövcuddur; hansı tapşırıq verilirsə, yerinə yetirirlər. Veriləcək cavab Venesuelalıların sülhünü və təhlükəsizliyini təmin etməkdir. Bu, hər hansı ehtimala sürətlə cavab vermək üçün təsirli döyüş birliyidir”.

 

Son dövrlərdə həyata keçirilən əməliyyatlara da toxunan Kabelyo bildirib:

 

“Əməliyyatlarda 480-dən çox uzun və qısa lüləli silah ələ keçirdik. Biz burada narkotiklə köklü mübarizə aparırıq, müvəqqəti deyil. 2025-ci ildə 52 tondan çox narkotik maddə müsadirə etdik”.

 

TRT HABER

Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər