00:00:00
Yazar
Admin User
25.11.2025 18:05 83 2 dəq oxuma
Dünya

Venesuelada Gərginlik Artır: Maduro Rejiminə Qarşı Hərbi hücum ehtimalı

Venesuelada Gərginlik Artır: Maduro Rejiminə Qarşı Hərbi hücum ehtimalı

ABŞ-nin Maduro rejimini xarici terror təşkilatı kimi tanıması Venesuelaya qarşı mümkün hərbi müdaxilənin yolunu açır. Bu addım ölkənin həm siyasi, həm də iqtisadi gərginliyini daha da artırır.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, Ağ Ev Maduro rejiminin xarici terror təşkilatı kimi tanınması Vaşinqtonun uzun müddətdir davam edən sərt Venesuela siyasətinin yeni mərhələsi kimi dəyərləndirilə bilər:

 

“Rəsmi Vaşinqtonun, bu qərarını əsasən insan haqlarının pozulması, qanunsuz silahlı qruplarla əlaqələr və regiondakı təhlükəsizlik riskləri ilə izah etməsi, onun mövqeyinin prinsipial strategiyaya söykəndiyini göstərir. Bu addım beynəlxalq müstəvidə müxtəlif reaksiyalar doğura bilər, lakin ABŞ-nin Latın Amerikasında güclü diplomatik təsiri nəzərə alınarsa, bəzi regional dövlətlərin Rəsmi Vaşinqtonun mövqeyinə yaxın dayanacağı ehtimalı böyükdür. ABŞ təhlükəsizlik arqumentini önə çıxararaq digər ölkələri Maduro administrasiyasına qarşı daha kəskin xətt tutmağa təşviq edə və bunu “regionda sabitliyin qorunması” kimi təqdim edə bilər. Avropa İttifaqında da ABŞ ilə koordinasiya ehtimalı güclüdür. Maduro hökuməti bu qərata kəskin etiraz göstərməklə beynəlxalq mexanizmlərə üz tutmağa çalışacaq. Lakin ABŞ-nin hüquqi qərarlarına qarşı effektli cavab vermək onun üçün çətin ola bilər, çünki Vaşinqton beynəlxalq hüquqdan irəli gələn bəzi müddəaları əsas gətirərək diplomatik mexanizmləri daha da genişləndirmək imkanına malikdir. Latın Amerikası ölkələrinin bir qismi ABŞ-nin mövqeyini dəstəkləsə də, digərləri əks mövqe də göstərə bilər. ABŞ-nin Maduro rejimini terror təşkilatı kimi tanıması Venesuela böhranını yeni mərhələyə daşıyır və Vaşinqtonun regional strategiyasında daha sərt, daha iddialı xəttin formalaşdığını nümayiş etdirir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər