00:00:00
Yazar
Admin User
23.10.2025 04:48 136 1 dəq oxuma
Dünya

Venesuelanın 5 min "İqla" raket kompleksi var

Venesuelanın 5 min "İqla" raket kompleksi var

Venesuela Prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrinin əsas hava müdafiəsi mövqelərində 5 min "İqla-S" daşınan zenit-raket kompleksi (DZRK) yerləşdirdiyini bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə VTV dövlət televiziyası məlumat yayıb.

 

O, "İqla-S" kompleksinin imkanları haqqında dünyanın bütün hərbi qüvvələrinin məlumatlı olduğunu vurğulayıb.

 

Venesuela Bolivar Respublikasının sülhünü, sabitliyini və əmin-amanlığını təmin etmək üçün hava müdafiəsinin əsas mövqelərində 5 min belə DZRK-ya malikdir.

 

Maduro qeyd edib ki, minlərlə hazırlıqlı DZRK operatoru ölkənin bütün ərazisi boyunca hava müdafiəsi üçün əlverişli mövqeləri tuta bilərlər. Maduroya görə, bu, "Vətənin alınmazlığı"nı təmin edəcək və heç kəs onun ərazisinə "girmək" imkanına malik olmayacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər