00:00:00
Yazar
Güllər Gülhüseynova
27.02.2026 16:04 12 1 dəq oxuma
Dünya

Vens İrana mümkün hücumların uzunmüddətli müharibəyə çevrilmə ehtimalının olmadığını bildirib

Vens İrana mümkün hücumların uzunmüddətli müharibəyə çevrilmə ehtimalının olmadığını bildirib

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İran məsələsində həm hərbi, həm də diplomatik variantların hələ də gündəmdə olduğunu bildirərək, mümkün hücumlardan sonra ölkəsinin Yaxın Şərqdə illərlə davam edəcək və sonu görünməyən bir müharibəyə sürüklənməsi ehtimalının olmadığını qeyd edib.

 

Vens ABŞ və İran heyətləri arasında Cenevrədə keçirilən danışıqlardan sonra The Washington Post qəzetinə verdiyi müsahibədə İranla bağlı qiymətləndirmələr aparıb.

 

ABŞ Prezidenti Donald Trampın “İran məsələsində hansı qərarı verəcəyini bilmədiyini” bildirən Vens mümkün variantlar arasında həm hərbi hücumlara, həm də “diplomatik həll yollarına” işarə edib.

 

Digər tərəfdən, mümkün hücumdan sonrakı prosesi dəyərləndirən Vens deyib: “Yaxın Şərqdə illərlə davam edəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur”.

 

Vens əlavə edib: “Düşünürəm ki, keçmişdəki səhvləri təkrarlamaqdan çəkinməliyik. Amma keçmişin dərslərindən həddindən artıq nəticə çıxarmaqdan da uzaq durmalıyıq. Bir prezident hərbi qarşıdurmanı uğursuz idarə edib deyə, bu, bir daha hərbi münaqişəyə girə bilməyəcəyimiz anlamına gəlmir”.

 

Özünü xarici hərbi müdaxilələrə şübhə ilə yanaşan biri kimi gördüyünü bildirən Vens bu yanaşmanın Trampa da aid olduğunu müdafiə edib.

 

Vens “Düşünürəm ki, hamımız diplomatik variantı üstün tuturuq. Ancaq bu, iranlıların nə edəcəyindən və nə deyəcəyindən asılıdır” ifadəsini işlədib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#vens #çevrilmə #azərbaycan #hücumların #mümkün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər