VHP sədrinə görə Rafael Hüseynova töhmət verib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.
"İnformator.az" "APA"ya istinadla xəbər verir ki, MNTK üzvləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli Məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edib
