00:00:00
Yazar
Admin User
19.09.2025 19:48 167 2 dəq oxuma
Siyasət

Viza möhürlərindən Ağrı dağı silinəcək

Viza möhürlərindən Ağrı dağı silinəcək

Ermənistan Ağrı Dağı simvolunu viza möhürlərindən çıxararaq Türkiyəyə qarşı ərazi iddialarından imtina etdiyini göstərəcək.Bu addım regionda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.


Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcıdır:

 

“Ermənistanın bu addımı, həm Türkiyə–Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasından, həm də regionda formalaşan yeni geosiyasi reallıqlardan xəbər verir. Ermənistan artıq Türkiyəyə qarşı ərazi iddialarından imtina edir, bu da Ağrı Dağı simvolunun rəsmi sənədlərdən və möhürlərdən çıxarılması ilə təsdiqlənir. Ermənistanın bu qərarı ilə ölkənin 29.000 kvadrat kilometrlik ərazi üzərində suverenlik iddiası bir daha təsdiqlənir. Qərb ölkələri, xüsusilə Avropa İttifaqına üzv dövlətlər bu prosesi müsbət qiymətləndirirlər. Çünki bu addım Ermənistanın Avropa ilə birbaşa əlaqə qurmasına, Türkiyə üzərindən Qərbə inteqrasiya imkanları qazanmasına və Rusiyadan asılılığını azaltmasına yol açır".

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, bəzi qüvvələr bu addımı “satqınlıq”kimi qiymətləndirir:

 

"Ermənistan daxilində də bu dəyişikliklərə münasibət birmənalı deyil. Rusiya meyilli qüvvələr, dini dairələr və müxalifət bunu "tarixi torpaqlardan imtina" kimi təqdim edirlər. Lakin daha praqmatik və qərbyönlü dairələr anlayırlar ki, Ermənistanın uzunmüddətli inkişafı və təhlükəsizliyi region ölkələri ilə normallaşmadan keçir. Hər nə qədər daxili müxaliflik olsa da, bu addım doğru istiqamətdə atılmış və regionun sabitliyi üçün vacib bir qərardır".

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər