Vuçiç ölüm təhdidinə cavab verib: Özümü təhlükə altında hiss etmirəm
Serbiya Prezidenti Aleksandar Vuçiç ona ünvanlanan ölüm təhdidinə cavab olaraq, özünü təhlükə altında hiss etmədiyini bəyan edib.
"İnformator.az" xəbər verir ki, dünən bir şəxs əlində bıçaqla video paylaşaraq Serbiya Prezidentini ölümlə hədələyib.
A.Vuçiç isə bu gün həmin təhdidə münasibət bildirərək hər şeyə rəğmən, özünü təhlükə altında hiss etmədiyini söyləyib.