00:00:00
Yazar
Admin User
17.11.2025 18:10 178 2 dəq oxuma
Dünya

Vuçiç Paris səfəri zamanı Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib

Vuçiç Paris səfəri zamanı Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Parisə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla Ukrayna münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə bildirib ki, Prezident Vuçiç Serbiyanın gələcəyini Avropa İttifaqında gördüyünü açıq şəkildə ifadə edib.

 

 

"Serbiya Prezidenti Fransaya səfər edib və bu səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüş zamanı iki ölkə arasında təxminən 12 maddədən ibarət bir müqavilə imzalanıb. Serbiya 2014-cü ildən Avropa İttifaqına üzv olmaq məqsədilə institutlarla danışıqlar aparır. Bu danışıqların əsas məqsədi 2025-ci ilə qədər Serbiyanın Aİ-yə üzv olmasıdır. Fransa isə Avropa İttifaqının aparıcı və donor dövlətlərindən biridir. Səfər zamanı imzalanan 12 bəndlik müqavilənin mühüm hissələrindən biri də Serbiya və Fransa arasında daha əvvəl əldə olunmuş razılaşmaya əsasən, Serbiya ərazisində dinc məqsədlər üçün atom elektrik stansiyasının tikintisidir. Bu layihənin icrası üçün Serbiya artıq ilkin olaraq 30 milyon avro vəsait ayırıb. Hazırda Serbiya enerji məhsulları baxımından əsasən Rusiyadan asılıdır. Ölkənin daxili daş-kömür ehtiyatları mövcuddur, lakin Prezident Vuçiçin sözlərinə görə, bu ehtiyatlar maksimum 10-12 il üçün yetərlidir. Məhz bu səbəbdən, Serbiyada Fransa vasitəsilə dinc məqsədlərlə atom elektrik stansiyasının tikilməsi olduqca vacib hesab olunur. Bundan əlavə, Prezident Vuçiçin verdiyi məlumata əsasən, onun Fransa Prezidenti Emmanuel Makronla danışıqlarının əsas mövzularından biri də Ukrayna münaqişəsi və onun həlli yolları olub. Eyni zamanda, ehtimal olunur ki, danışıqlarda Rusiya–Serbiya münasibətləri də müzakirə edilib. Belə ki, Avropa İttifaqına üzv olan bir sıra dövlətlər Vuçiç hakimiyyətini Rusiya Prezidenti Vladimir Putinə yaxın olmaqda ittiham edirlər. Serbiyada bir müddət öncə geniş etirazlar və ixtişaşlar baş vermiş, nəticədə ölkənin baş naziri istefa verib. Bununla belə, Prezident Vuçiç dəfələrlə bəyan edib ki, Serbiyanın strateji yolu Avropa İttifaqına inteqrasiyadır. Bu kontekstdə Serbiya, Aİ-nin namizəd dövləti kimi, gələcəkdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşula bilər. Prezident Vuçiç Serbiyanın gələcəyini Avropa İttifaqında gördüyünü açıq şəkildə ifadə edib. Eyni zamanda, Serbiyanın kifayət qədər güclü hərbi-sənaye potensialı var və Aİ məkanında ən çox mərmi istehsal edən ölkələrdən biri kimi tanınır. Bu baxımdan, Makronla keçirilən görüşdə Serbiyada istehsal olunan mərmilərin Ukraynaya verilməsi məsələsinin də müzakirə edildiyi ehtimal olunur".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər