00:00:00
Yazar
Admin User
23.10.2023 15:23 400 3 dəq oxuma
Dünya

Vəziyyət kəskinləşsə, Türkiyə İsrailin yanında yox, qarşısında olacaq

Vəziyyət kəskinləşsə, Türkiyə İsrailin yanında yox, qarşısında olacaq

Qeyd edilən kimi İsrail Türkiyədə olan səfir də daxil olmaqla bütün diplomatlarını geri çağırıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Eyni zamanda Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilib.

 

Mövzunu şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov informator.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında bu günə qədər də Fələstin mövzusunda bir konflikt daha yaranıb.

 

“2010-cu ildə Türkiyə Qəzzaya humanitar yardım kimi göndərilən müavinətdən sonra, Mərmərə dənizinə edilən basqın nəticəsində, İsrail hərbçiləri tərəfindən 9 nəfər türk vətəndaşı öldürülüb. Həmin münaqişə Türkiyə və İsrail arasında diplomatik münasibətlərin belə kəsilməsinə gətirib çıxardı”.

 

Politoloq qeyd edir ki, bu hadisədən xeyli müddət sonra son bir neçə il ərzində bu münasibətlər normallaşma istiqamətində gedirdi.

 

“Amma təəssüflər olsun ki, son baş verən olaylar və HƏMAS-ın İsrailə hücum etməsi İsraildə itkilərə səbəb oldu. Cavab olaraq isə mülki xəstəxanaya atılan raket nəticəsində çoxlu sayda insanların ölümü bir sıra dövlətlərin buna qarşı sərt etirazı ilə nəticələndi. Bununla bağlı, qeyd etdiyimiz kimi Türkiyədə 3 günlük matəm elan edildi. Hesab edirəm ki, bu Türkiyə ilə İsrail arasında ciddi qarşıdurmaya səbəb ola biləcək bir hadisədir”.

 

Politoloqun sözlərinə görə, yaxın Şərq çox həssas bir regiondur və Türkiyə üçün də önəm kəsb edən coğrafi ərazidir.

 

"Eyni zamanda nəzərə alsaq ki, dünyanın idarə edilməsi baxımından yaxın Şərqin önəmli və həssas region olması, o cümlədən də müsəlman aləmində İsrail-Fələstin münasibətlərində həlledici rolu üzərinə götürməsi ilə bağlı liderlik də Türkiyə üçün önəmlidir. Bu baxımdan bu prosesin hələki inkişaf edəcəyini düşünürəm. Eyni zamanda Türkiyə ilə diplomatik münasibətlərin kəsilməsi də baş verən proseslə əlaqədardır”.

 

Xəyal Bəşirov qeyd edir ki, Türkiyə tərəfi açıq şəkildə İsraili ittiham etdi.

 

“Prezident Rəcəb Tayyib Ərdoğan uşaqların, mülki insanların ölümü, o cümlədən də xəstəxananın vurulması ilə bağlı İsrailin addımlarını beynəlxalq hüquqa, insanlığa, o cümlədən də bəşəriyyətə qarşı addım kimi hesab etdi və buna görə İsraili sərt şəkildə qınadı. Təbii ki bu diplomatik münasibətlərin kəsilməsi üçün əsas bir məqamdır. Buna görə gələcəkdə bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məhz İsrailin atacağı addımlara bağlıdır. Çünki İsrail Qəzzaya quru əməliyyatlarının keçirilməsi ilə bağlı fikirlər səsləndirir. Eyni zamanda buna hazırlıq gördüyünü də qeyd edir”.

 

Müsahib düşünür ki, əgər bu proses reallaşacaqsa, o cümlədən də Qərb dövlətlərinin - ABŞ və digər dövlətlərin İsrailə bu istiqamətdə dəstəyi açıq şəkildə reallaşacaqsa, hər bir halda Fələstin ətrafında birləşəcək dövlətlərdən biri də Türkiyə olacaq.

 

“Həmçinin Türkiyənin bu məsələdə sərt mövqeyinin şahidi olacayıq. Türkiyə həm də burda Rusiya, Çin ilə eyni fikirdədir. Təbii ki, bu da Rusiya-Ukrayna müharibəsi kimi yenidən şərq və qərb cəbhələrinin formalaşmasına gətirib çıxaracaq ki, burda birmənalı şəkildə söyləmək olar ki, Türkiyə İsrailin yanında deyil qarşısında olacaq. Bu da onlar arasında nəinki diplomatik münasibətlərin kəsilməsinə, hətta daha ciddi qarşıdurmaların reallaşmasına gətirib çıxaracaq”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər