00:00:00
Yazar
Admin User
06.01.2026 17:56 96 2 dəq oxuma
Siyasət

“Xalqın seçki hüququ mütləqdir”

“Xalqın seçki hüququ mütləqdir”

"Venesuelada yaxın 30 gün ərzində yeni seçki keçirilməyəcək. Əvvəlcə ölkəni düzəltmək lazımdır. Siz seçki keçirə bilməzsiniz. Xalqın belə səs verməsi mümkün deyil. Əvvəlcə ölkəni sağaltmalıyıq”,-deyə Donald Tramp qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin mövqeyinə görə Venesuelada seçkilər yalnız müəyyən əsas demokratik şərtlər təmin edildikdən sonra legitim sayıla bilər:


“Bu şərtlərə müxalifətin və bütün namizədlərin sərbəst şəkildə seçki prosesinə qatılması, siyasi təzyiqin və qadağaların aradan qaldırılması, şəffaf və etibarlı nəticə sisteminin qurulması, beynəlxalq müşahidəçilərin məhdudiyyətsiz şəkildə ölkəyə buraxılması və onların müşahidə hesabatlarının tanınması daxildir. ABŞ administrasiyası hesab edir ki, hazırda Venesuelada nə siyasi, nə də institusional mühit azad və ədalətli seçki keçirməyə imkan verir, buna görə də 30 gün içində yeni seçkinin təşkili reallığa uyğun gəlmir. Beynəlxalq hüquqa görə isə hər bir xalqın öz siyasi gələcəyini müəyyənləşdirmək, dövlət idarəçiliyində iştirak etmək və hakimiyyəti azad seçimlə formalaşdırmaq hüququ toxunulmazdır. Bu prinsip BMT-nin sənədləri də daxil olmaqla əsas beynəlxalq aktlarda təsbit olunub. Lakin həmin hüququn həyata keçməsi üçün seçki prosesinin azad, ədalətli və şəffaf olması tələb olunur. Başqa sözlə, xalqın seçki hüququ mütləqdir, amma bu hüququn beynəlxalq səviyyədə tanınması seçkinin necə keçirilməsindən asılıdır. Demokratik normalar gözlənilmədən keçirilən seçki beynəlxalq hüquq baxımından legitim sayılmaya bilər. Bu səbəbdən də bəzi ölkələr Venesuelada seçkilərin tanınması üçün əvvəlcə siyasi və institusional şəraitin normallaşdırılmasını tələb edirlər”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər