"Xamenei ilə yeddi saatlıq görüş keçirdim" - ŞƏRH
İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Ayətullah Əli Xamenei ilə yeddi saat davam edən görüş keçirdiyini açıqlayıb. Görüşdə ölkədəki mövcud vəziyyət, regional proseslər və İranın qarşılaşdığı siyasi çağırışların müzakirə edildiyi bildirilir. Uzunmüddətli görüşün İran rəhbərliyi daxilində qərarların koordinasiyası və qarşıdakı dövr üçün strategiyanın müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd olunur.
Mövzu ilə bağlı politoloq Xalid Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Ayətullah Müctəba Xamenei ilə yeddi saat davam edən görüş keçirdiyi açıqlaması Ali Rəhbərin işqabiliyyətli olmaması haqqında dünyada və İran cəmiyyətində yaranan rəyi dağıtmağa xidmət edir:
“Məsud Pezeşkianın bu açıqlamasından öncə də Müctəba Xameneinin sağ və işqabliyyətli olduğu haqqında video yayılıb. Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etmədiyi üçün ciddi suallar doğurmuş və siyasi böhranı dərinləşdirib. Ali Rəhbər Ayətullah Müctəba Xameneinin sağ və işqabiliyyətli olması haqqında ardıcıl kampaniyalar məhz siyasi böhranın dərinləşməsinin qarşısını almağa yönəlib.
Bu görüşün İranın ABŞ, İsrail və region ölkələrinə münasibətində hansı dəyişikliklər yaradacağı mümkün deyil. İranın siyasətində dəyişikliklər ciddi siyasi dəyişikliklərdən sonra ola bilər”.
Fatimə Hüseynli