00:00:00
Yazar
Güllər Gülhüseynova
01.03.2026 09:14 14 1 dəq oxuma
Dünya

Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq "daha asan" olacaq-Tramp

Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq "daha asan" olacaq-Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək "çox daha asan" olacaq.

 

"İnformator.az" xəbər verir ki, Amerika lideri bunu "CBS News"a telefonla verdiyi müsahibədə deyib.

Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları "effektiv olub" və diplomatiyaya yol aça bilər.

"İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara (İrana - red.) bərk zərbə vururlar", - Tramp böhranın diplomatik nizamlanması perspektivləri haqqında suala cavab verərkən deyib.

O həmçinin Xameneinin ölümündən sonra İran lideri postuna "bir neçə uyğun namizəd" olduğunu bildirib, lakin təfərrüatlara varmayıb.

#gündəm #olacaq-tramp #baki #sonra #"daha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər