00:00:00
Yazar
Admin User
07.04.2025 05:35 238 1 dəq oxuma
Sosial

Xanımların estetik gözəlliyə artan marağının səbəbləri

Xanımların estetik gözəlliyə artan marağının səbəbləri

Son zamanlar estetik əməliyyatların geniş yayılması nəticəsində qadınların əksəriyyəti bir-birinə bənzəməyə başlayıblar. Eyni baxış, eyni gülüş, eyni qəmzələr... Bəs, görəsən, buna marağın səbəbi nədir?

Bununla bağlı, həkim-kosmetoloq Taliə Qasımova "informator.az"a açıqlama verib. Həkim-kosmetoloqun fikrincə, hamı gözəl görünmək, dünyayla ayaqlaşmaq istəyir:

"Sosyal şəbəkələrin mövcud olmadığı dövrdə  dünyadan, trendlərdən xəbərimiz yox idi. Ancaq indi hamı trendləri izləyir, baş verən yeniliklərdən xəbərdardır. Bu da xanımlar arasında böyük  maraq yaradır. "Baxım" deyəndə hamı dolğu, botoks başa düşür. Lakin sadə üz baxımı belə böyük fərq yaradır. Gözəllik uğruna xanımların, təəssüf ki, əllərində gətirdikləri fotolara bənzəmək istəkləri onları çox eybəcər formaya gətirib çıxarır. Burada həkim kosmetoloqların da öhdəsinə böyük iş düşür, onlara həqiqəti söyləmək, nəyin yaraşıb, yaraşmadığını başa salmaqdır".

Məsumə Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər