00:00:00
Yazar
Admin User
15.08.2025 16:47 136 2 dəq oxuma
Sosial

Xaricdə təhsil

Xaricdə təhsil

Xaricdə təhsil bu gün abituriyent və tələbələr üçün çox aktual və önəmli mövzulardır. Ancaq diplom məsələsi bəzən ilkin təhlükədən xəbər verir.

 

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki,xaricdə təhsil üçün universitet seçimi edəndə universitetin yerləşdiyi ölkənin akkreditasiya qurumları ilə lisenziyalaşdırılması ən vacib məsələdir:

 

"Məsələn, azərbaycanlı bir abituriyent Ukraynada, Rusiyada, Çexiyada, Slovakiyada, Rumıniyada və ya başqa ölkədə təhsil almaq istəyirsə, ilk növbədə həmin universiteti o ölkəni akkreditasiya qurumunun tanımasına baxmalıdır. İkinci məsələ isə odur ki, həmin universitet Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin siyahısında varmı? Əgər hər iki şərt ödənirsə, abituriyent rahat şəkildə gedib təhsil ala bilər Universitet ümumiyyətlə lisenziyaya malik deyilsə, təhsil alan şəxs ixtisasını və ya təhsil aldığı dili bilmirsə, bu halda diplom tanınmır. Amma tələbə normal şəkildə təhsil alıb, biliyi və bacarığı varsa, universitet həm yerləşdiyi ölkədə, həm də Azərbaycanda tanınırsa, problem olmur. Əsas qeyd etdiyim bu iki məsələyə diqqət etsələr, yanılmazlar. Diplomun tanınması üçün universiteti həm yerləşdiyi ölkənin, həm də Azərbaycanın akkreditasiya qurumları tanımalıdır".

 

Həmçinin müsahib bildirib ki, xarici təhsil şirkətlərinə müraciət etməyə tələbələrimiz məcbur deyillər:

 

"İnterneti bilən abituriyentlər özləri axtarış edib, müraciət edə bilərlər. Xarici təhsil şirkətlərinə əlavə pul ödəməyə ehtiyac yoxdur. Bu, çox vaxt sadəcə aldatmacadır. İnsanlar özləri də bütün prosesi rahatlıqla edə bilərlər".

 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər