Xarici jurnalistlərə Qəzzaya daxil olmağa icazə verilməlidir
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filipp Lazzarini beynəlxalq jurnalistlərin Qəzzaya buraxılması ilə bağlı çağırışını yeniləyib.
Onun sözlərinə görə, İsrailin tətbiq etdiyi blokada nəticəsində xarici media nümayəndələri hələ də ərazidə işləyə bilmir: “Bu, tarixdə heç bir münaqişədə görünməyib. Bu, həqiqətin qadağan olunmasıdır”. Lazzarini bildirib ki, bu vəziyyət dezinformasiya, qütbləşmə və qeyri-insaniləşdirməni daha da artırır. O həmçinin qeyd edib ki, indiyədək Qəzzada 200-ə yaxın yerli jurnalist həlak olub. Qəzza hakimiyyəti bu rəqəmin 226 olduğunu bildirir.
Al Jazeera
Selcan Əhmədli