00:00:00
Yazar
Admin User
10.06.2025 15:56 151 1 dəq oxuma
Dünya

Xartum yaxınlığında aclıq təhlükəsi artır

Xartum yaxınlığında aclıq təhlükəsi artır

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Sudanda aclıq təhlükəsinin Xartum ətrafına yayıldığını bildirib. Təşkilat Xartumdan 40 km cənubda yerləşən Cəbəl Əvliya qəsəbəsində ağır aclıq səviyyəsi aşkarlayıb.

 

ÜƏP-in Sudan üzrə nümayəndəsi Laurent Bukera bildirib ki, şəhərin cənub bölgələrində vəziyyət kritikdir. Su, səhiyyə və elektrik kimi əsas ehtiyaclara çıxış məhduddur, vəba yayılıb. O, beynəlxalq ictimaiyyəti təcili hərəkətə keçməyə çağırıb.


Aclıq və yoxsulluğun geniş yayıldığı bu ərazilərdə qida rasionu maliyyə çatışmazlığı səbəbindən 70 faizə endirilib. Bukera, Cəbəl Əvliyadakı durumun ağır olduğunu və bu ərazidə aclığın artıq reallığa çevrildiyini vurğulayıb. 2023-cü ilin aprelindən SAF və RSF arasında başlayan müharibə on minlərlə insanın ölümünə, milyonlarla insanın isə köçkün düşməsinə səbəb olub. 10,5 milyon insan ölkə daxilində didərgin vəziyyətdədir.

 

Hazırda Sudanın cənub-qərbində, əl-Fasher yaxınlığında yerləşən üç köçkün düşərgəsi daxil olmaqla beş ərazidə aclıq vəziyyəti mövcuddur. Yardım təşkilatları bölgəyə girişin məhdud olduğunu və vəziyyətin daha da pisləşə biləcəyini bildirir.

 
Al Jazeera

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər