00:00:00
Yazar
Admin User
11.11.2025 17:43 120 3 dəq oxuma
Dünya

Xəbərdarlıq: ABŞ-nin iqtisadi artımı 2 dəfə azala bilər

Xəbərdarlıq: ABŞ-nin iqtisadi artımı 2 dəfə azala bilər

"Biz şatdaunun iqtisadiyyata təsirini ilk gündən gördük və vəziyyət pisləşməkdə davam edir. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında, son iki rübdə fantastik iqtisadiyyatımız olub və indi bəzi hesablamalar, şatdaun davam edərsə, iqtisadi artımın bu rübün yarısında azala biləcəyini göstərir", - o bildirib

 

Bu mövzu ilə bağlı iqtisadçı Elman Sadiqov “İnformator.az”a bildirib ki,ABŞ siyasi sisteminə xas olan bir prosesdir və əsasən Prezident Administrasiyası ilə Konqres arasında büdcə məsələlərinə dair fikir ayrılığı nəticəsində baş verir:

 

“Tarixdə ilk dəfə 1981-ci ildə Ronald Reyqan dövründə müşahidə olunan şatdaun bu gün də ABŞ iqtisadi və siyasi həyatında mühüm təsir gücünə malikdir. Şatdaununyaranma səbəbləri Reyqan administrasiyası dövründə “təklif iqtisadiyyatı” nəzəriyyəsi əsasında vergilərin azaldılması təşəbbüsü irəli sürülüb. Bu yanaşma investisiyaları və iş yerlərinin artımını stimullaşdırmağı nəzərdə tutub. Lakin nəticədə dövlət büdcəsində kəsir yaranıb və borclanma artıb. Konqres bu büdcəni qəbul etməyib, Prezident isə Konqresin alternativ təklifini imzalamaqdan imtina edib. Beləliklə, hökumət maliyyə mənbələrindən məhrum qalıb və bəzi sahələrin fəaliyyəti dayandırılıb. Hazırda ABŞ-də maliyyə ili hər il sentyabrın 30-da başa çatır və oktyabrın 1-dən yeni maliyyə ili başlayır. Əgər həmin tarixədək büdcə qəbul olunmazsa, hökumət öz fəaliyyətini maliyyələşdirə bilmir və nəticədə şatdaun baş verir. Bu vəziyyət hökumətin yalnız həyati vacib sahələrini-ordunu, polisi və kəşfiyyatı- qismən fəaliyyətə saxlayır, digər sahələr isə bağlanır. 1981-ci ildən bu günə qədər ABŞ tarixində 21 dəfə şatdaun baş verib. Bu hallar bəzən bir neçə gün, bəzən isə həftələrlə davam edib. Ən uzun şatdaun Donald Tramp dövründə, 36 gün ərzində davam edib. Hazırda isə ABŞ yenidən tarixinin ən uzun və təsirli shutdownlarından birini yaşayır. Yeni şatdaun zamanı 8 mindən çox dövlət qulluqçusu əməkhaqqısız məzuniyyətə göndərilib, 230 minə yaxın insan isə ixtisara düşüb. Konqres müvəqqəti olaraq yeni qanun layihəsi qəbul edib ki, bu da yanvar ayına qədər sosial ödənişlərin və bəzi dövlət xidmətlərinin maliyyələşməsini təmin edir. Lakin bu, problemin tam həlli deyil sadəcə, müvəqqəti güzəşt dövrüdür. İqtisadi və sosial təsirlər şatdaunun ən ciddi nəticəsi iqtisadi fəallığın azalmasıdır. Dövlət idarələrinin bir çoxu fəaliyyətini dayandırdığından, statistik məlumatların toplanması və yayımlanması çətinləşir. Bu isə həm iqtisadi planlaşdırmanı, həm də investorların qərarlarını mənfi təsirə məruz qoyur. Investorlar qeyri-müəyyənlik şəraitində daha ehtiyatlı davranır, nəticədə səhmlərin qiymətləri sabit qalır və ya enir, birjalarda pozitiv əhval-ruhiyyə azalır. Uzunmüddətli şatdaun iqtisadi böhran ehtimalını da artırır. Ən çox zərbə isə əmək bazarına dəyir. İşçilərin maaş almaması onların xərclərini azaldır, bu isə istehlakın və dövriyyənin azalmasına gətirib çıxarır. Bununla yanaşı, vətəndaşlar ipoteka və kredit borclarını ödəyə bilmədikdə, bank sektorunda da risklər artır və maliyyə sabitliyi pozulur. Ən çox zərər görən sahələr arasında turizm, xidmət və maliyyə sektoru xüsusi yer tutur. Həmçinin ictimai xidmətlərin dayandırılması və federal idarələrin bağlanması vətəndaşların gündəlik həyatına da mənfi təsir göstərir. ABŞ-də şatdaun hadisələri artıq sistemin təbii bir hissəsinə çevrilib. Bu, ölkənin demokratik idarəetmə modelindən irəli gələn bir nəticədir. Prezident Administrasiyası ilə Konqres arasında razılıq əldə olunmadıqda, dövlət aparatının bir hissəsinin bağlanması prosesi baş verir. Lakin tarix göstərir ki, ABŞ iqtisadiyyatı bu kimi böhranlardan sonra yenidən bərpa olmaq gücünə malikdir. Buna baxmayaraq, belə hallar həm dövlətə, həm də cəmiyyətə ciddi zərər vurur. Nəticə etibarilə, şatdaun ABŞ üçün həm iqtisadi sınaq, həm də siyasi məsuliyyət dərsidir. Bu hadisələr bir daha göstərir ki, dövlətin sabit fəaliyyəti üçün siyasi qüvvələr arasında razılıq və əməkdaşlıq əsas şərtdir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər